"Qeyri-pravoslavların ayinlərə cəlb olunması yolverilməzdir" "Qeyri-pravoslavların ayinlərə cəlb olunması yolverilməzdir"

Kilsə ateist uşaqları müdafiə etdi

"Qeyri-pravoslavların ayinlərə cəlb olunması yolverilməzdir"

Moskva patriarxatının Sinedal şöbəsinin KİV və ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətlisi Vaxtanq Kipşidze hesab edir ki, şagirdləri məktəbdə ibadətə vadar etmək yolverilməzdir.

Rus saytlarının yazdığına görə, bundan daha əvvəl Byanskda iki məktəb rəhbərliyi tədris ili başlamazdan əvvəl şagirdləri müqəddəs ayinə cəlb etməyi qərara alıblar. Bunun üçün nə şagirdlərdən fikir soruşulub, nə də valideynlərdən icazə alınıb.

Kipşidzenin fikrincə, belə ibadət yalnız şagirdlərin və valideynlərin istəyi ilə baş tuta bilər. Qeyri-pravoslavların isə ayinlərə cəlb olunması yolverilməzdir.

Bununla belə, səlahiyyətli şəxs məktəbdə ayrıca bir otaqda ibadət olunmasında da qanunazidd heç nə görmür.(oxu.az)

AzNews.az