“Taro” İspaniyaya ekstradisiya olundu

Bu barədə Rusiya DİN nümayəndəsi İrina Volk bildirib

“Taro” ləqəbli (Tariel Muluxov) kriminal avtoritet Rusiyadan İspaniyaya ekstradisiya olunub.

“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya DİN nümayəndəsi İrina Volk bildirib. Onun sözlərinə görə, “Taro” cinayət maddələri üzrə İspaniya tərəfindən axtarışda olub. Kriminal avtoritet hava limanında ispan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Qeyd edək ki, “Taro” moskvalı biznesmenin oğurlanmasına görə Rusiyada 10 il azadlıqdan məhrumetmə cəzası almışdı.(qafqazinfo.az)

AzNews.az