• Rusiya
  • 10 Aprel 19:16
  •  2 727

Ermənistandan mina sahələrinin xəritəsini tələb edən komissiyalar yaradılmalıdır - Rusiyalı politoloq

"Ermənistan tərəfindən yerləşdirilmiş minaların sayı kifayətdir ki, onlarla dinc sakin həlak olsun"

BMT Qarabağın ərazisinin minalardan təmizlənməsi probleminin həllində yer almalıdır.

Bunu rusiyalı politoloq Qriqori Trofimçuk Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistandan mina sahələrinin xəritəsini tələb etməli olan müvafiq komissiyalar yaradılmalıdır:

"Azərbaycan torpaqlarının işğalı zamanı Ermənistan tərəfindən yerləşdirilmiş minaların sayı kifayətdir ki, onlarla dinc sakin həlak olsun".

AzNews.az