• Rusiya
  • 21 Aprel 19:04
  •  2 821

Rusiya aviaşirkətləri Azərbaycandan icazə aldı

"Uralskiye avialinii" həftədə üç dəfə uçuşlar keçirəcək

Bir sıra Rusiya aviaşirkəti Azərbaycana müntəzəm aviareyslər həyata keçirmək üçün icazə alıb.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi məlumat verir.

Qeyd olunur ki, Bakıya müntəzəm uçuşlar üçün "Uralskiye avialinii", "Severnıy veter", "Red Uinqz", "İkar", "İjavia", "İrAero" şirkətlərinə lisenziyalar verilib.

Lisenziyalara əsasən, "Uralskiye avialinii" həftədə üç dəfə Voronej-Bakı, İrkutsk-Bakı və Omsk-Bakı marşrutları ilə uçuşlar keçirəcək.

"Severnıy veter" həftədə yeddi dəfə Kalininqrad-Bakı və Vladiqafqaz-Bakı reyslərini reallaşdıracaq.

"Red Uinqz" üçün həftədə dörd dəfə Jukovski-Gəncə, həftədə yeddi dəfə Jukovski-Bakı reysləri, "İkar" üçün həftədə yeddi dəfə Vladiqafqaz-Bakı reysləri, "İjavia" üçün həftədə iki dəfə Mineralnıe Vodı-Bakı, Omsk-Bakı, Kazan-Bakı və Ufa-Bakı reysləri, "İrAero" üçün Jukovski-Bakı, Ufa-Bakı və Samara-Bakı reysləri üçün lisenziya verilib.

Aznews.az