"Peyvənd olunmayanlar hətta olunanları da təhlükə qarşısında qoyur və pandemiyanın bitməsini uzadır" "Peyvənd olunmayanlar hətta olunanları da təhlükə qarşısında qoyur və pandemiyanın bitməsini uzadır"

Rusiyada peyvənd olunmayanlar restoran, klub və iş yerlərinə buraxılmayacaq - Peskov

"Peyvənd olunmayanlar hətta olunanları da təhlükə qarşısında qoyur və pandemiyanın bitməsini uzadır"

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Rusiyada kovid peyvəndi olunmayan vətəndaşların məcburiyyətdən diskriminasiyasına, yəni ayrı-seçkiliyinə məruz qalacağını istisna etməyib.

Aznews.az xəbər verir ki, kovidə qarşı immuniteti olmayan şəxslər cəmiyyət üçün təhlükə mənbəyidir.

Peyvənd olunmayanlar hətta olunanları da təhlükə qarşısında qoyur və pandemiyanın bitməsini uzadır.

Bunu jurnalistlərlə görüşdə Peskov deyib.

“Reallıq budur ki, istər istəməz peyvənd olunmayanların diskriminasiyası baş verəcək. Kovidə qarşı immuniteti olmayanlar bütün sahələrdə işləyə bilməz. Bu mümkün deyil və digərləri üçün təhlükədir”.

Bəs xəstəliyə yoluxub, kifayət qədər antiteli olsa da, peyvənd olunmadığı üçün qəbul olunmayanlar necə olacaq sualına Peskov belə cavab verib:

“Bu çox ciddi araşdırma tələb edir. Bu məqam çox vacibdir və baxılmalıdır. Hazırda Avropa ölkələrində də təkcə peyvənd faktına yox, kovidə qarşı xəstəlikdən sonra təbii immunitetə də baxırlar. Hələ ki, dünyada bu məsələ ilə bağlı standart qanun və yanaşma yoxdur”.

Koronavirusun davranışı o qədər qeyri-standart və gözlənilməzdir ki, istər istəməz peyvənd olunmayanlar, antiteli olmayanlar olunanlardan bir qədər geri qalacaq və məhdudiyyətlərlə üzləşəcək.

Bu reallığın tələbidir, indi dünya bu reallıqlara uyğun gələcək perspektivini qurmalıdır.

Qeyd edək ki, Moskvada iyunun 28-dən bütün restoran və kafelərə ancaq yarım il ərzində kovid peyvəndi olunmuş və son 3 gündə PZR yaxma testi neqativ çıxanlar buraxılacaq.

Artıq bütün restoran və qidalanma fəaliyyəti göstərəb obyeklərə müştəriləri sistemdə ya test cavabı, ya da vaksinə görə QR kodunun yoxlanması əmri verilib.

Bu qaydaya əməl etməyənlər ancaq onlayn çatdırılma edə biləcək./Medicina.az