Kreml: Türkiyəyə dəstəyimiz davam edəcək

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Türkiyəyə zəlzələ ilə bağlı dəstəyinin davam edəcəyini bildirib.

Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov Rusiya prezidenti Vladimir Putinin prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı mesajı göndərdiyini xatırladıb.

“Rusiyanın bu dağıdıcı zəlzələdən sonra axtarış-xilasetmə işlərində necə fəal iştirak etdiyini bilirsiniz. Bu, davam edəcək”, - o deyib.

Peskov qeyd edib ki, Rusiya zəlzələ ilə əlaqədar Suriyaya da humanitar yardım göstərməyə davam edəcək.