- Rusiya və İran
- 30 İyul 2024 19:05
- 4 959
İranın yeni prezidenti Qərblə danışıqlara hazır olduğunu açıqlayıb

İran prezidenti Məsud Pezeşkian iyulun 30-da andiçmə mərasimində çıxışı zamanı bildirib ki, İran Qərblə gərginliyi azaltmaq üçün danışıqlara hazırdır.
Bu barədə “İrna” agentliyi özünün Teleqram kanalında məlumat yayıb.
“Biz Qərb ölkələrini qarşılıqlı hörmət və bərabərliyə əsaslanan münasibətlərin qurulmasını reallaşdırmağa çağırırıq. Biz indiyədək İranın dünyada hansı yeri tutduğunu dərk etməyən dövlətlərlə gərginliyin həlli üçün danışıqlar aparmağa hazırıq”, - deyə siyasətçi bildirib.
O, həmçinin əlavə edib ki, İslam Respublikasının digər ölkələrlə iqtisadi əlaqələrinin normallaşması üçün səy göstərmək niyyətindədir və xarici məhdudiyyətlər qarşısında təslim olmayacaq.
Mövsüm
AzNews.az