İran XİN digər ölkələrə silah tədarükü ilə bağlı xəbərləri təkzib edib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kanani İranın digər ölkələrə silah tədarük etməsi ilə bağlı xəbərləri yalan adlandırıb.

Müvafiq yazı onun X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yer alıb.

"Bəzi ölkələrə İran silahlarının tədarükü ilə bağlı yalan və çaşdırıcı xəbərlərin yayılması sadəcə olaraq iyrənc təbliğat və yalandır. Məqsəd ABŞ və Qərbin Qəzza zolağında soyqırıma qeyri-qanuni hərbi dəstəyin miqyasını gizlətməkdir", - siyasətçi bildirib.

O, həmçinin qeyd edib ki, bu cür məlumatlar beynəlxalq ictimaiyyətin diqqətini öz məsuliyyətindən, yəni müharibə cinayətlərini və kütləvi qırğınları dayandırmağa çalışmaqdan yayındırmamalıdır.

Mövsüm

AzNews.az