- Rusiya və İran
- 27 Aprel 20:02
- 5 408
Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb

İranın cənubundakı Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 40-a çatıb.
Aznews.az xəbər verir ki, bunu əyalətin qubernatoru Məhəmməd Aşuri deyib.
Bundan əvvəl İran rəsmiləri və mediası 36 nəfərin öldüyünü və 1241 nəfərin yaralandığını bildirib.