İran ABŞ-nin yeni sanksiyalar paketini pisləyib

Tehran ABŞ və bir sıra digər Qərb ölkələrinin İrana qarşı yeni sanksiyalar paketini tətbiq etməsini pisləyib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat verilib.

“Xarici İşlər Nazirliyinin nümayəndəsi cənab [İsmail] Bəqayi Amerikanın İrandakı fiziki və hüquqi şəxslərə, eləcə də müxtəlif iqtisadi və ticarət sahələrində İslam Respublikası ilə qarşılıqlı əlaqədə olan digər ölkələrin bir sıra iştirakçılarına qarşı tətbiq etdiyi yeni sanksiyaları kəskin şəkildə pislədiyini bildirib",-deyə məlumatda bildirilir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Amerika sanksiyaları beynəlxalq hüququn əsas prinsip və normalarını pozur. Bəqayi qeyd edib ki, Tehran Vaşinqtonun iqtisadi təzyiqlərinə müqavimət göstərəcək.

Mövsüm

Aznews.az