ABŞ-İran danışıqlarının dördüncü raundu mayın 11-də Maskatda keçiriləcək

Mayın 11-də Omanın paytaxtı Maskatda İran və ABŞ arasında İranın nüvə proqramı üzrə danışıqların dördüncü raundu keçiriləcək.

Bu barədə İranın "Nour News" agentliyi mənbəyə istinadən məlumat yayıb.

“İran və ABŞ arasında dolayı danışıqların dördüncü raundu 21 Ordibeheştdə (11 may bazar günü – red.) Maskatda baş tutacaq”, - mənbə bildirib.

Maskatda aparılan danışıqların nəticələrinin təkcə İranın nüvə proqramına deyil, həm də ABŞ-nin bütövlükdə Yaxın Şərq ölkələri ilə qarşılıqlı fəaliyyətinə təsir göstərə biləcəyi vurğulanır.

Mövsüm

Aznews.az