Rusiya MN-nin təyyarəsi qəzaya uğrayıb

Rusiyanın İvanovo vilayətində An-22 təyyarəsi qəzaya uğrayıb.

APA-nın Rusiya bürosu Ren TV-yə istinadən xəbər verir ki, təyyarədə yeddi heyət üzvü olub.

“112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan An-22 təyyarəsi Müdafiə Nazirliyinə məxsus olub.

Qəzanın İvanovonun Furmanovski rayonunda baş verdiyi, hazırda təcili yardım xidmətləri hadisə yerində işlədikləri bildirilib.

Hələlik ölən və yaralılar barədə məlumat yoxdur.

Rusiya Müdafiə Nazirliyi An-22 təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.

Nazirlikdən bildirilib ki, An-22 təyyarəsi təmirdən sonra uçuş zamanı kimsəsiz ərazidə qəzaya uğrayıb.

Axtarış və xilasetmə qrupu hadisə yerinə yola düşüb.

İlkin ehtimala görə, təyyarədə olan 7 nəfərin hamısı ölüb.

Aznews.az