Sergey Lavrov : Tramp Ukrayna məsələsində anlayış göstərən yeganə Qərb lideridir

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya parlamentinin yuxarı palatası olan Federasiya Şurasında çıxış edərək, Rusiya–Ukrayna müharibəsi və müharibə ilə bağlı diplomatik proseslər barədə açıqlamalar verib.

Lavrov bildirib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı böhranın arxasında duran səbəbləri anlayan yeganə Qərb lideridir və Vaşinqton administrasiyası Avropa Birliyinin Ukrayna məsələsində tutduğu mövqeyə görə getdikcə daha səbirsiz davranır.

Rusiya XİN rəhbəri qeyd edib:

“Daha əvvəl də dediyim kimi, ABŞ Prezidenti Tramp yanvar ayında Ağ Evə daxil olan kimi Ukraynadakı müharibəni qaçılmaz edən səbəbləri anlayan yeganə Qərb lideri oldu. Bu bütün proses indi zirvə nöqtəsinə çatır. Prezident Tramp vəziyyəti təhlil etdikdən sonra Rusiya tərəfindən müəyyən edilmiş əsas səbəblərin aradan qaldırılmasının vacibliyi ilə razılaşır və bunun hazırda aktiv şəkildə müzakirə olunması da diqqətəlayiqdir. Görünən odur ki, bu şəraitdə insan haqlarını həqiqətən nəzərə alan yeganə Qərb lideri də Tramp olur.”

Mövsüm,

AzNews.az