- Rusiya və İran
- 4 Yanvar 18:47
- 1 927
İrandakı aksiyalarda azı 16 nəfər ölüb, 582 etirazçı həbs edilib
İranda həftə ərzində iğtişaşlarda ən azı 16 nəfər öldürülüb.
Aznews.az xəbər verir ki, bu barədə İranda fəaliyyət göstərən "HRANA" hüquq təşkilatı məlumat yayıb.
"Bununla yanaşı, 582 nəfər həbs edilib", – məlumatda bildirilib.
Buna səbəb inflyasiyaya qarşı etirazların bütün ölkəni əhatə etməsi və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmaların baş verməsidir.
Xatırladaq ki, daha əvvəl Elam vilayətinin Məlikşah şəhərində iğtişaşçıların polis idarələrindən birinə daxil olmağa cəhd göstərməsi nəticəsində silahlı qarşıdurma baş verib və üç nəfər həlak olub.
Qeyd edək ki, İranda inflyasiya və milli valyutanın dollara nisbətdə rekord həddə kəskin ucuzlaşması nəticəsində son üç ildə ən böyük etiraz aksiyaları keçirilir.
Aznews.az