İran İnqilab Keşikçiləri artıq etirazçılara dözümlülük göstərilməyəcəyini açıqlayıb

İranda yerli valyutanın xarici valyutalara qarşı kəskin devalvasiyası və iqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar ölkənin bir çox şəhərinə yayılıb.

Etirazlarda ölən və ya yaralananlarla bağlı rəsmi açıqlama verilməsə də, İran İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) 4 yanvarda dərc etdiyi hesabatda bir təhlükəsizlik işçisi də daxil olmaqla 20 nəfərin həyatını itirdiyini, 51 nəfərin yaralandığını və 990 nəfərin saxlanıldığını açıqlayıb.

Fars Xəbər Agentliyinin məlumatına görə, nümayişlərdə 250 polis əməkdaşı və 45 Bəsic milisi yaralanıb.

ABŞ Prezidenti Donald Tramp 2 yanvarda İrandakı etirazlarla bağlı sosial media paylaşımında bildirib ki , "Əgər İran həmişə etdiyi kimi dinc etirazçıları güllələyərək öldürərsə, ABŞ onların köməyinə gələcək".

Tramp 4 yanvarda oxşar bir açıqlamanı təkrarlayaraq dedi : "Əgər etirazçıları öldürsələr, İran ABŞ-dan sərt zərbə alacaq. Biz İrandakı hadisələri yaxından izləyirik".

Mövsüm,

AzNews.az