- Rusiya və İran
- 6 Yanvar 10:20
- 2 259
İranda davam edən etirazlarda 35 nəfər ölüb
İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb.
Məlumata görə, 29 etirazçı, 4 azyaşlı və təhlükəsizlik qüvvələrindən 2 nəfər öldürülüb.
İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini və zorakılıq hallarının baş vermədiyini xəbər verir.
Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də rialın dollar qarşısında kəskin dəyər itirməsinə reaksiya olaraq başlayıb.
Aznews.az