- Rusiya və İran
- 6 Yanvar 22:47
- 8 869
Pezeşkianın sözünü kəsdilər, ana dilində danışdı: "Birini de, birini də eşit"
Pezeşkianın çətin anları: Sözünü kəsən dinləyiciyə türkcə cavab verdi
İran Prezidenti Məsud Pezeşkian bir tədbirdə çıxışı zamanı dinləyicinin tez-tez sözünü kəsməsinə ana dilində cavab verib.
AzNews.az xəbər verir ki, Pezeşkian “İslami Şuraların yeri və Konstitusiyada xalqın iştirakı” mövzusunda keçirilən simpoziumda çıxış edərkən fasiləsiz müdaxilələr edən dinləyicini yumorla, lakin açıq şəkildə xəbərdar edib. İran Prezidenti belə deyib:
“Bizim bir atalar sözümüz var: adını qoydun Rəşid, birini de, birini də eşit.”
Qeyd edək ki, İran prezidentləri zaman-zaman həm çıxışlarında ana dilində danışır. O, Təbriz Mədəniyyət Həftəsinin bağlanış mərasimində ustad Şəhriyarın “Heydərbabaya salam” poemasından parçalar səsləndirmişdi.
AzNews.az