- Rusiya və İran
- 7 Yanvar 11:33
- 1 922
Moskvadan uçan təyyarələr Özbəkistan aeroportlarında eniş edə bilməyib
Moskvadan uçan üç təyyarə duman səbəbindən Özbəkistanın Buxara və Termez şəhərlərində eniş edə bilməyib.
Aznews.az xəbər verir ki, bu barədə "Uzbekistan airports" SC-nin mətbuat xidməti məlumat yayıb.
"Buxara hava limanında əlverişsiz hava şəraiti səbəbindən Moskva-Buxara marşrutu üzrə HY9608 reysinin ekipajı Nəvaidəki ehtiyat aerodroma getmək qərarına gəlib", - məlumatda deyilir.
Eyni marşrut üzrə AFL1876 reysi Səmərqəndə yönləndirilib.
Moskvadan Termezə hərəkət edən AZO7055 reysinin ekipajı Termez aeroportunda mürəkkəb meteoroloji şəraitlə əlaqədar eniş üçün Səmərqənddəki ehtiyat aerodromu seçib.