- Rusiya və İran
- 7 Yanvar 11:51
- 1 612
Təbriz, Ərdəbil və Zəncana əlavə təhlükəsizlik qüvvələri yeridilib
İranda davam edən kütləvi etiraz aksiyaları fonunda Güney Azərbaycanın Təbriz, Ərdəbil və Zəncan şəhərlərinə əlavə təhlükəsizlik və hərbi qüvvələr yeridilib.
Aznews.az xəbər verir ki, ötən gün Güney Azərbaycan türklərinin hüquqlarının qorunmasını tələb edən fəal Yürüş Mehralıbəyli də həbs edilib. İnformasiyaya görə, o, instaqram səhifəsində İrandakı iqtisadi, sosial və mədəni vəziyyətə dair video paylaşandan sonra saxlanılıb. Mehralıbəyli yaydığı videoda etiraz aksiyalarını dəstəklədiyini bildirib.