- Rusiya və İran
- 7 Yanvar 12:30
- 1 694
İranda etirazlarda ölənlərin sayı 36-ya çatıb
İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 36 nəfərə çatıb. Ölənlərdən 34 nəfəri etirazçı, 2 nəfər isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.
Aznews.az xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.
Ölənlər arasında yaşı 18-dən aşağı olan 4 nəfər var.
27 vilayətdə davam edən etirazlarda 2000-dən çox insan həbs olunub.
İranın Abdanan şəhərinin etirazçılar tərəfindən ələ keçirilməsi İran mediası tərəfindən təkzib olunub. Hazırda Abdanan şəhərində asayişin təmin olunduğu bildirilir.