KİV: İranda etirazçı və polisə atəş açanlar həbs olunub

İranın Kərəc şəhərində etirazçılarla polisə atəş açan silahlı qruplaşmanın üzvləri həbs olunub.

Aznews.az xəbər verir ki, "Tasnim" bu barədə öz mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının əməkdaşları belə dəstələrin terror xarakterini nəzərə alaraq, aksiyalarda fəal olan şəxslərə qarşı sərt mübarizə aparacaqlar.