İran tərəfi şərtlərini açıqladı: ABŞ ilə danışıqlar sual altındadır

Pakistanda səfərdə olan İran nümayəndə heyəti, ABŞ-yə təqdim edilən ilkin şərtlərin tam yerinə yetirilməyəcəyi təqdirdə danışıqlara başlamaq barədə qərar verməyəcəyini bildirib.

Öhdəliklərin icrası gözlənilir

İran mətbuatında yer alan xəbərlərə görə, Pakistandakı İran nümayəndə heyəti ABŞ-nin daha əvvəl qəbul etdiyi öhdəlikləri yerinə yetirməsini gözləyir. Qeyd olunur ki, rəsmi Tehranın danışıqlar masasına oturub-oturmaması Vaşinqtonun bu şərtlərə münasibətindən asılı olacaq.

İlkin şərtlər: Dondurulmuş aktivlər və Livan

Məlumata görə, nümayəndə heyəti aşağıdakı şərtlərin hələ də tətbiq olunmadığını vasitəçi qismində çıxış edən Pakistanın Baş naziri Şahbaz Şərifə çatdıracaq:

  • İranın dondurulmuş aktivlərinin sərbəst buraxılması;

  • Livanda atəşkəsin təmin olunması.

Xəbərdə vurğulanır ki, müzakirələrin taleyi ABŞ-nin bu tələblərə qarşı sərgiləyəcəyi tutumdan sonra formalaşacaq.

Mövsüm,

AzNews.az