““O səs Türkiyə” yarışmasında iştirak edən hər iki tələbəmi dəstəkləyirəm”. ““O səs Türkiyə” yarışmasında iştirak edən hər iki tələbəmi dəstəkləyirəm”.

“Hər ikisi ürəyimdir” - Aybəniz Haşımova

““O səs Türkiyə” yarışmasında iştirak edən hər iki tələbəmi dəstəkləyirəm”.


Bunu AzNews.az-a açıqlamasında Əməkdar artist Aybəniz Haşımova bildirib. Sənətçi qeyd edib ki, Müşfüq Əliyev və Zülfü Əsədzadə "Bülbüllər" qrupunun üzvüdür:

"Hər ikisi mənə müsabiqəyə qatılacağını dedi. Mən də xeyir-dua verdim. Hər addımları könüllərincə olsun. Ümid edirəm ki, ikisi də yüksək nəticə əldə edər. Tələbələrimin müsabiqədə iştirak etməsi mənim üçün qalibiyyətdir. Hər ikisi ürəyimdir."

Aybəniz Haşımova "O səs Türkiyə" yarışmasının münsiflər heyətinə təşəkkür etdi: "Sağ olsunlar, böyük sevgi ilə tələbələrimə diqqət göstərdilər. Onlar həmişə müsabiqəyə qatılan Azərbaycan sənətçilərinə dəyər verirlər. Bu bir yarışmadır."

Bahar RÜSTƏMLİ
AzNews.az