- Köhnə - Şou-biznes
- 4 Fevral 2013 16:44
- 2 124
Əbdül Xaliqin tədbirində Emil Bədəlov aranı qatdı - FOTO
Müğənni ifa etdiyi musiqisi Bəbir Bəbirova, sözləri Vüsal Zəfəroğluna aid olan "Qismət" mahnısına çəkdirdiyi klipi rejissor Ramin Ələsgərova həvalə edib.
Klipdə rəqqasə qızın çıxışı klipin süjet xəttinə uyğun olmayıb. Bu məsələyə klipin ssenari müəllifi də qarşı gəlməyib: "Bəli, rəqqasə balet hərəkətlərini nümayiş etdirir. Bu, düşünülmüş addımdır. Düzdür, ideyanı mən vermişəm, amma rəqsə quruluşu rəqqasə özü verib".
Tədbirdə diqqət çəkən məqamlardan biri isə müğənni Emil Bədəlovun yerindən danışması və hər şəxsin fikrinə müdaxilə etməsi olub.
Qeyd edək ki, tədbirdə əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Emil Bədəlov, Yaşar Yusub, Orxan Babazadə, Yaşar Cəlilov və "Cahan" qrupu iştirak ediblər.
Klipdən bəzi görüntüləri təqdim edirik.
Fuad Mədətov
AzNews.az