“Anam şöhrətpərəstdir” – Müşviq Şahverdiyevin dəbdəbəli evi

"Bu il evlənməyi düşünürəm"

“Qonaq gələndə mənə pampers almışdılar”

ARB TV-nin "Evgördü" verilişi bu dəfə tanınmış yumor ustası Müşviq Şahverdiyevin evinə qonaq olub

Müşviq Şahverdiyev yeni aldığı evi haqda ağızdolusu danışıb:

"Evi təzə almışam. Bu yaxınlarda bizə qonaq gəlmişdilər, mənə pampers almışdılar. Siz də tortla gəlmisiniz. Bu il İnşallah evlənməyi düşünürəm. Çox rahat evdir. Uzun illərdən sonra axır ki, aldım. Çoxları elə bilirdi ki, bağ evim də var, ayrı evim də. Heç kim kirayə qaldığıma inanmırdı. Bakıya Lənkərandan tələbə kimi gəlmişəm. Əlimdə bir az pul olanda anam qoymadı ki, şəhərdən bir az qıraqda alım. Dedi ki, şəhərin mərkəzindən almalısan, niyə görə filan yerdə almalısan?! Anam bir az şöhrətpərəstdir. Qonşularla münasibətim yavaş-yavaş düzəlir. Əvvəl məni burada görəndə elə bilirdilər ki, kiməsə gəlmişəm. Sonra qonşu olduğumu deyəndən sonra münasibət qururuq. Sağımızda və solumuzda olan qonşular yaxşı insanlardır. Biri yerlimizdir. Burada "Talış mafiyası" yaradıram".

AzNews.az