“Heç kimin haqqı yoxdur ki şəkildəki insandan icazə almadan onun şəkilini yaysın.” “Heç kimin haqqı yoxdur ki şəkildəki insandan icazə almadan onun şəkilini yaysın.”

Rəqsanədən həmkarının “+18” fotolarına münasibət: “Cəzalanmalıdır”

“Heç kimin haqqı yoxdur ki şəkildəki insandan icazə almadan onun şəkilini yaysın.”

AzNews.az xəbər verir ki, bunu müğənni Rəqsanə həmkarı Şəbnəm Tovuzlunun sevgilisi ilə 10 il bundan əvvəl şəkillərinin yayılmasına münasibətində deyib. Rəqsanə Şəbnəm Tovuzluya həyatı ilə bağlı məsələnin qanun müstəvisində həll etməsini məsləhət bilib:

“Şəbnəmin, yaxud da kiminsə keçmişini ortaya çıxarmaqla əlinizə nə keçir? Niyə utanıb yerə girmirsiniz? Şəbnəm mənim nə qohumumdur, nə də dostum, sadəcə Azərbaycan balası və bir anadır. Allah başınıza daş salsın. Niyə bir-birimizi öldürək, biabır edib ortaya qoyaq? Əl çəkmirlər pislikdən. Şəbnəm bunu yazanları dövlət orqanlarına versin, alsın cəzalarını. Azərbaycanın gözəl qanunları var. Bir ana olaraq əlimdən gələn dəstəyi verməyə hazıram. Bunu yayanlar cəzalanmalıdır.”

Müğənni Şəbnəm Tovuzlunun sevgilisiylə fotoları yayılıb. “Mediafax.az”-ın yaydığı məlumata görə, şəkildə müğənninin isti münasibət qurduğu şəxs həmkarı Ərşaddır.

Bahar RÜSTƏMLİ

AzNews.az