Əməkdar artist Baloğlan Əşrəfov yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı video çəkilişə aydınlıq gətirib. Əməkdar artist Baloğlan Əşrəfov yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı video çəkilişə aydınlıq gətirib.

Əməkdar artist maşınını gizli çəkənlərə əsəbiləşdi: “Azərbaycan kişisinə şərəf gətirməz, ayıbdır” (FOTO+VİDEO)

Əməkdar artist Baloğlan Əşrəfov yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə bağlı video çəkilişə aydınlıq gətirib.

Sənətçi AzNews.az-a açıqlamasında yol hərəkəti qaydalarını pozmadığını bildirib:

“Özəl kanalların birinə dəvət almışdım. Kanal da Azərbaycan Nəşriyyatında yerləşir. Mətbuat prospektinə çatanda baxdım ki, yolun kənarında 15-dən yuxarı maşın saxlanılıb. Mən də idarə etdiyim “Toyota Land Gruiser” markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobili onların sırasında saxladım. Hamı bilir ki, Nəşriyyatda hər bir şəxs avtomobilləri həmin sıralarda saxlayır. Orada avtomobil saxlamaq üçün başqa yer yoxdur.”

Baloğlan Əşrəfov qeyd edib ki, əgər bunun üçün cərimə yazılarsa, onu ödəməyə hazırdır: “Yəqin ki, onu çəkən üçün maraqlı olmuşam, vaxtını mənim avtomobilimin arxasında firlanmaqla keçirib. Allahı bilsin. Düşünürəm ki, onun-bunu maşının dalınca düşüb gizli çəkiliş aparmaq Azərbaycan kişisinə şərəf gətirməz. Ayıbdır.”

Avtosfer.az saytı Əməkdar artist Baloğlan Əşrəfov idarə etdiyi “Toyota Land Gruiser” markalı, 90 SA 388 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Saytın əməkdaşı əməkdar artistin bu hərəkətini aprelin 28-də Bakının Yasamal rayonu ərazisində lentə alıb.

Bahar RÜSTƏMLİ

AzNews.az