Məşhur aktyoru Rihannanın olduğu kluba buraxmadılar

Oskarlı aktyor Eddi Redmeyni Rihannanın əyləncə təşkil etdiyi 1OAK adlı gecə klubuna buraxmayıblar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, klubun mühafizəçisi aktyorun və həyat yoldaşının məşhur olmadığını düşünüb, onları kluba girməyə qoymayıb.

Əhvalı korlansa da, aktyor həyat yoldaşı ilə Nyu-Yorkda gecə gəzintisinə çıxıb.