“Həyat yoldaşım evdar xanımdı. Ailə quranda şərtimi kəsmişəm ki, belə olacaq, mən belə bir adamam”. “Həyat yoldaşım evdar xanımdı. Ailə quranda şərtimi kəsmişəm ki, belə olacaq, mən belə bir adamam”.

Aparıcı Mikayıl özündən 14 yaş kiçik xanımından danışdı: “Qayınatama dedim ki...”

“Həyat yoldaşım evdar xanımdı. Ailə quranda şərtimi kəsmişəm ki, belə olacaq, mən belə bir adamam”.

Ailem.az-ın məlumatına görə, bunu aparıcı Mikayıl Güləddinoğlu “Space” telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən “Xanımlar və cənablar” verilişində deyib.

Ailə qurmasından danışan aparıcı həyat yoldaşının ondan 14 yaş kiçik olduğunu etiraf edib: “Həyat yoldaşıma elçi gedəndə 11-ci sinifdə oxuyurdu. Məktəbi bitirdi, mənim də 31 yaşım vardı, ailə qurduq. Qohumumuzdu. Getdim qayınatama dedim ki, mənim həyat yoldaşım evdar xanım olacaq. Sözsüz ki, bəlli yaşa qədər həyatımda kimlərsə olub. Amma işləyən xanımlar idi, baxdım ki, aramızda narazılıq ola bilər. Ailəsi, əxlaqı öz yerində, amma iş adamıdır, mən ona dözə bilmərəm. İşləyən, işgüzar xanım yaxşıdır, amma mənə uyğun deyil. Anam Xarici Dillər Universitetini bitirib, lakin atam ona işləməyə icazə verməyib. Mən də belə görmüşəm. Mən də ailə quranda şərtimi belə kəsdim”.

Üç uşaq atası olan Mikayıl xoşbəxt ailəsi olduğunu bildirib. O, evdar olduğunu və həyat yoldaşına kömək etdiyini də gizlətməyib: “İki qızım, bir oğlum var. Böyük 5, ortancıl 3 yaşındadır, kiçik oğlum 3 aylıqdır. Azərbaycanın elə bir bölgəsi yoxdur ki, ailəmi gəzdirməyim. Yayda İstanbul, Antalyaya istirahətə gedirik. Üç uşaq anasına da kömək lazımdır. Mən gəlim evə ki, filan köynəyimi niyə ütüləməmisən? Yox. Başa düşürəm, anlayıram ki, tək qadın 3 uşaqla çatdıra bilmir. Bu gün verilişə gələndə paltarlarımı özüm ütülədim. Durum qırğın salım ki, niyə paltarlarım ütülü deyil? Deyirlər kişi nədir, filan şeyi eləmək nədir? Bu, ölçü vahidi deyil. Kişi evinə kömək də edər, qayğısına da qalar, gecənin yarısı durub uşaq da saxlayar. Üç uşağımın üçünü də gecə saxlamışam. Səhərə yaxın el şənliyindən gəlmişəm, uşağı 3 saat yelləmişəm, nağıl danışıb yatızdırmışam”.

AzNews.az