Forbes jurnalı dünyanın ən varlı reperlərinin siyahısını açıqlayıb. Forbes jurnalı dünyanın ən varlı reperlərinin siyahısını açıqlayıb.

Dünyanın ən varlı reperləri - 820 milyonluq varidat

Forbes jurnalı dünyanın ən varlı reperlərinin siyahısını açıqlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ardıcıl üçüncü ildir ki, reper Diddy siyahıya başçılıq edir. Onun ümumi varidatı 820 milyon dəyərində ölçülür. Onun varidatının yaxın illərdə milyarda çatacağı da proqnozlaşdırılır.

Siyahının ikincisi Beyonsenin həyat yoldaşı Cey Zidir. Onun varidatı isə 810 milyondur.

İlk üçlüyü Doktor Dre bağlayır. Onun ümumi gəlirləri isə 740 milyondur.