- Köhnə - Şou-biznes
- 19 May 2017 10:34
- 8 201
Məşhur ulduzun ölüm səbəbi açıqlandı- İntihar edib

Məhkəmə-tibbi ekspertizası "Soundgarden" qrupunun lideri Kris Kornellin intihar etdiyini açıqlayıb.
AzNews.az xəbər verir ki, məşhur ifaçının hansı yolla intihar etdiyi açıqlanmır.
"Soundgarden" və "Audioslave" musiqi qurplarının solisti olmuş 52 yaşlı Kris Kornellin meyiti ötən gün evinin vanna otağında aşkarlanıb. Musiqiçi ömrünün son illərində Chris and Vicky Cornell Foundation adlı xeyriyyə fondu yaratmışdı. Bu fond vastəsilə təbii fəlakətlərdən əziyyət çəkmiş, zorakılığa məruz qalmış uşaqlara yardım göstərirdi.