“Forbes” jurnalı dünyanın ən bahalı ulduzlarının adlarını və illik gəlirlərini açıqlayıb. “Forbes” jurnalı dünyanın ən bahalı ulduzlarının adlarını və illik gəlirlərini açıqlayıb.

Dünyanın ən bahalı ulduzlarının adları açıqlandı

“Forbes” jurnalı dünyanın ən bahalı ulduzlarının adlarını və illik gəlirlərini açıqlayıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, siyahıya illik 130 milyon dollar gəlirlə reper P.Diddy başçılıq edir. Ötən il 34-cü pillədən qərarlaşan Beyonce isə bu dəfə illik 105 milyon dollar gəlirlə ikinci olub. Müğənni qazancının çox hissəsini Formation adlı konsert turundan əldə edib.

Üçülüyü “Harri Potter” roman silsiləsinin müəllifi yazıçı Coan Roulinq qapayır. Onun illik gəliri 95 milyon dollar təşkil edib.

Sonrakı yerlərdə 94 milyon dollarla reper Dreyk və 93 milyon dollarla Kriştianu Ronaldu qərarlaşıb.

AzNews.az