Neftçala rayonunda intihar hadisəsi baş verib. Neftçala rayonunda intihar hadisəsi baş verib.

Tanınmış meyxanaçı intihar etdi - Video

Neftçala rayonunda intihar hadisəsi baş verib.

Rayonun Bankə kənd sakini, tanınmış meyxana ifaçısı Şaban Hüseynov özünü yandırıb.

Kənd sakinləri AzNews.az-a açıqlamasında məlumatı təsdiq ediblər:

“Şaban bizim kənddə doğulub boya-başa çatsa da, rayonda yaşayırdı. Bu səhər kənddə onun ölüm xəbəri yayıldı. Şaban xəstə idi, psixoloji problemləri vardı. Dəfələrlə Bakıda ruhi əsəb dispanserində müalicə olunub”.

Bahar RÜSTƏMLİ
AzNews.az