Bir neçə saatdan sonra Yeni - 2018-ci il yurdumuza qədəm qoyacaq. Getdikçə müasirləşən bu bayramı hər kəs bir məkanda qarşılamağa üstünlük verir. Kimi evində, kimi restoran və əyləncə məkanlarında, kimi də Azərbaycandan kənara üz tutur. Bir neçə saatdan sonra Yeni - 2018-ci il yurdumuza qədəm qoyacaq. Getdikçə müasirləşən bu bayramı hər kəs bir məkanda qarşılamağa üstünlük verir. Kimi evində, kimi restoran və əyləncə məkanlarında, kimi də Azərbaycandan kənara üz tutur.

Məşhurlarımız yeni ili harada qeyd edir? - “Deyəcəklər ki, buna bax, bəxtəvər...”

Bir neçə saatdan sonra Yeni - 2018-ci il yurdumuza qədəm qoyacaq. Getdikçə müasirləşən bu bayramı hər kəs bir məkanda qarşılamağa üstünlük verir. Kimi evində, kimi restoran və əyləncə məkanlarında, kimi də Azərbaycandan kənara üz tutur.

Bəs, bütün bayramlarda xalqımızı əyləndirən sənət əhli yeni ili harada qarşılayacaq?

AzNews.az bununla bağlı keçirdiyi sorğunu təqdim edir:

Xalq artisti Səməd Səmədov:

“Yadıma gəlmir ki, hansısa yeni il bayramını evdə qeyd edim. Həmişə Yeni il bayramını şadlıq evlərində, restoranlarda qarşılamışam. Bu bayramda da çoxlu dəvətlər almışam. Bizim üçün bayram səhnədir. Səhnə varsa, həyat da var. Hələ pul da”.

Əməkdar artist Cavan Zeynallı:

“Düzü, Yeni il bayramında harada olduğunu açıqlamağın nə dərəcədə düzgün olduğunu bilmirəm. Onda hamı bilir ki, Cavan Zeynallı harada olacaq və nə qədər pul qazanacaq. Deyəcəklər ki, buna bax, bəxtəvər hər yerə dəvət alır. Desəm ki, yox bayramı evdə qeyd edəcəm, o zaman da yazıqları gələcək. Deyəcəklər ki, “yazıq Cavan müəllim onu heç kim yada salmır, dəvət etmirlər. Qocalıb deyə Cavanı yada salmırlar”. Bu da mənim üçün pisdir. Ağılsız, mədəniyyətsiz adamlar da bunu oxuyub öz fikirində qalırlar”.

Əməkdar artist Elza Seyidcahan:

“Mənim üçün gözəl məkan elə Azərbaycandır. Bayramı da həmişə vətənimdə qarşılayıram. Amma, Yeni il bayram gecəsində mən restoran və şadlıq evlərində keçirilən tədbirlərə dəvətliyəm. Yeni ili də orada tamaşaçılarımla qarşılayacam”.

Əməkdar artist Baloğlan Əşrəfov:

“Mən dekabrın 31-də restoran və şadlıq evlərində pul qazanan müğənnilərdən deyiləm. Bütün ömrüm boyu Yeni il bayramını evimdə, ailəmlə, balalarımla birlikdə keçirmişəm. Mənim üçün bundan gözəl xoşbəxtlik ola bilməz. Bir gün pul qazanmasam dünya dağılmaz ki. Yeni il bayram tədbiri ilə bağlı çoxlu kanallardan dəvət almışam, hamısında da çəkilmişəm”.

Əməkdar artist Cavanşir Məmmədov:

“Səhnəyə gələn gündən yadıma gəlmir ki, mən hansısa Yeni il bayramını evimdən kənarda qarşılayam. Bayram axşamında həmişə ailəmlə, anamla bir yerdə, bir süfrə arxasında olmuşam. Həmin günü qudam da bizdə olur. Düzdür, kimlərsə Yeni il bayramını ya xaricdə, ya da müxtəlif məkanlarda - restoran, şadlıq evlərində qeyd edir. Amma, mənim ən isti ocağım evim və ailəmdir”.

Müğənni Manaf Ağayev:

“Yeni ili öz evimdə, ailəmlə bir yerdə qarşılayacam. Mən heç vaxt bayramda evimdən kənara çıxmıram. Bütün dünyanı dolaşsam evimdən, Azərbaycandan rahat məkan tapa bilmərəm. Kim hara gedir yolu açıq olsun...”