Fredo Santana ləqəbi ilə məşhur olan amerikalı rep ustası Derrik Koulman 27 yaşında dünyasını dəyişib. Fredo Santana ləqəbi ilə məşhur olan amerikalı rep ustası Derrik Koulman 27 yaşında dünyasını dəyişib.

Məşhur repçi dünyasını dəyişdi - Foto

Fredo Santana ləqəbi ilə məşhur olan amerikalı rep ustası Derrik Koulman 27 yaşında dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, bu bərədə onun yaxın dostu və prodüseri Makso Krim öz İnstagram hesabında məlumat verib. Reperin dünyasını dəyişməsini musiqiçilər də təsdiqləyib. Sənətçinin ölüm səbəbi məlum deyil, amma Amerika mətbuatı ifaçının son vaxtlar sağlamlığı ilə bağlı problemlər yaşadığını yazır. Belə ki, oktyabr ayında o, böyrək və qaraciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, daha sonra narkotik maddələrdən asılılıq üçün nəzarət altına alınıb.