- Köhnə - Şou-biznes
- 11 Mart 2018 17:44
- 7 501
Elnurun müğənnilərimizə təklifi var
 
            “Eurovision 2008” mahnı müsabiqəsinin iştirakçısı, “O səs Türkiyə” yarışmasının qalibi Elnur Hüseynov azərbaycanlı müğənnilərə səslənib.
AzNews.az Axşam.az-a istinadən xəbər verir ki,  Elnur tədbirlərin birində onlarla duet oxumaq istədiyini deyib: 
“Çoxdandır ağlımda bir layihə var. Öz müğənnilərimiz – Aygün Kazımova, Tünzalə Ağayeva, Nigar Camal, Sevda Ələkbərzadə, Samir Cavadzadəyə duet təklifi edirəm. Layihəmizin adı da “Biz ailəyik” olsun. Çünki hər yerdə yazırlar ki, bizimkilər bir-birini qırır. Qoy bu layihə ilə bilsinlər ki, biz əslində ailəyik. Duetdən sonra birgə konsert də verə bilərik”. 
Qeyd edək ki, tədbirdə iştirak edən müğənnilər Elnurun bu təklifini alqışlarla qarşılayıblar.
 
                 
                             
                             
                             
                             
                             
                            