- Köhnə - Şou-biznes
- 24 Avqust 2018 20:51
- 8 581
Sibel Can oğlu ilə birgə qəzaya düşdü - Fotolar + Video
Türkiyəli müğənni Sibel Canın idarət etdiyi avtomobil zəncirvari qəzaya düşüb.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, hadisə İstanbulun Beşiktaş səmtində baş verib.
5 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 3 nəfər yaralanıb.



Qəza zamanı Sibel Canın idarə etdiyi avtomobildə oğlu Əmir Ağsüt də olub. Onlar təhlükəsizlik kəmərindən istifadə etdikləri üçün xəsarət almayıblar.
Müğənni bildirib ki, hadisə işıqforun qırmızı işığında gözləyən zaman baş verib. Arxadan gələn mikroavtobusun bir avtomobilə çırpılması nəticəsində zəncirvari qəza olub.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az