Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva («Toppuş bacı») Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin ittihamlarına cavab verib. Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva («Toppuş bacı») Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin ittihamlarına cavab verib.

“Həkim düz deyir” - “Toppuş bacı”dan baş onkoloqa cavab

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva («Toppuş bacı») Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimlinin ittihamlarına cavab verib.

Aktrisa AzNews.az-a Azad Kərimlinin düzgün mövqe bildirdiyini deyib:

“Mən Azad müəllimin müsahibəsini oxumamışam. Amma deyə bilərəm ki, səhhətim normaldır. Hazırda şüa alıb gəlirəm. Milli Onkologiya Mərkəzindən tam razıyam. Onkologiya tam arxamda dayanıb. Mənə qulluq elədilər, nə lazımdırsa, dəstək oldular. Tam, təmannasız olaraq mənə xidmət göstəriblər. Onlar mənim ailəmdir. Azad müəllim düzgün mövqe bildirib, nə deyibsə, düz deyir. Ailəm adımdan onların hər birinə təşəkkür edirəm”.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycanın baş onkoloqu Azad Kərimli modern.az-a bildirib ki, Tünzalə Əliyevanın səhhəti normaldır, amma o, özünü xərçəng xəstəliyi adı altında reklam edir: “Tünzalə Əliyeva son günlərdə efirə çıxır, mətbuata danışır, bütün Azərbaycandan kömək istəyir. Tünzalə xanımın səhhəti normaldır, rahat gəzir, qidalanır, efirə, səhnəyə çıxa bilir. Bu xanım nədən narazıdır? Tünzalə Əliyeva artıq sağalıb, əməliyyat edildi, sadəcə, müalicəsi davam edir. Mütəmadi xəstəxanaya gedib-gələrək, hər kəs kimi müalicəsini götürməli, yaşamalıdır. "Topuş bacı" nəyə görə, xərçənglə özünü reklam edir? Bu kimi hallarla rastlaşdığımıza görə, insanlar da xərçəngdən qorxurlar".

Bahar RÜSTƏMLİ

AzNews.az