“Təcili 60 min manat borcumu ödəməliyəm”. “Təcili 60 min manat borcumu ödəməliyəm”.

“Toppuş” bacı yardım istədi: - “Təcili 60 min manat lazımdır”

“Təcili 60 min manat borcumu ödəməliyəm”.

Bunu AzNews.az-a xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva (“Toppuş” bacı) deyib.

Aktrisa imkanlı şəxslərdən bu pulun ödənilməsi üçün yardım istəyib: “İki il əvvəl ipoteka ilə mənzil almışam. Həmin mənzil ilə bağlı şirkətlə 20 illik müqaviləm var. Mənzilin pulunun bir hissəsini ödəmişəm. 60 min manat borcum qalıb. Son günlər isə səhhətimdə yaranan problemlər məni narahat etdi. Düşündüm ki, həyatdır, nə desən, olar. Bu gün varıq, sabah yoxuq. Nə qədər həyatdayam, sağam, bu pulu ödəyim. Çünki mənim qızım var, kiçikdir. Hər şeyi götür-qoy etdikdən sonra dostum, qardaşım Zaur Baxşəliyevdən kömək istədim. Ayaqlarımda problem olduğundan işə çıxa bilmirəm. Zaur da sağ olsun, mənə dəstək oldu. Biz onun dəstəyi ilə 42 min manat pul topladıq. 18 min manat da yığılsa, ipotekanı bağlayacam”.

Aktrisa bu işdə olan dəstək olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl əməliyyat olunub. Onun müalicəsi adı ilə yardım kampaniyası keçirilib. Baş onkoloq Azad Kərimli aktrisanın artıq sağaldığını, xəstəliyini reklam etdiyini açıqlayandan sonra T. Əliyeva pulu ev üçün topladığını etiraf edib.

Bahar RÜSTƏMLİ
AzNews.az