“Hamı məni qınayır ki, Tünzalənin maşını var, niyə satmır”. “Hamı məni qınayır ki, Tünzalənin maşını var, niyə satmır”.

“Sata bilmirəm” - “Toppuş” bacı “Hummer”indən danışdı

“Hamı məni qınayır ki, Tünzalənin maşını var, niyə satmır”.

AzNews.az xəbər verir ki, bunu əməkdar artist Tünzalə Əliyeva (“Toppuş” bacı) “Hummer” markalı maşını ətrafında danışılarlara aydınlıq gətirərkən deyib.

“Bir ildir, o maşına görə stress keçirirəm. Axı, sata bilmirəm. Məni qınayırlar ki, niyə maşınını satmır. Niyə qınayırsınız? Evimin hər sirrini aça bilmirəm. Halal zəhmətimlə pul qazandım, maşın alıdm. Üstündən bir ay keçəndən sonra məlum oldu ki, maşının məndən əvvəlki sahibinin problemi var. O problemin altından çıxa bilmirəm ki, maşını satam. Məhkəmə prosesləri davam edir”.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva ipoteka kreditinin ödənilməsi üçün xalqdan dəstək istəyib. Onun bu davranışı sosial şəbəkədə içtimai qınağa səbəb olub. İzləyicilər ““Toppuş”un “Hummer” markalı maşını var, niyə satıb dərdinə əlac eləmir”, - deyə onu qınayıblar.

Bahar RÜSTƏMLİ
AzNews.az