Hollivud ulduzu Kevin Speysi növbəti qalmaqalın baş qəhrəmanına çevrilib. Hollivud ulduzu Kevin Speysi növbəti qalmaqalın baş qəhrəmanına çevrilib.

Qadın masajçı aktyoru məhkəməyə verdi - Xayasında ağrı olduğundan...

Hollivud ulduzu Kevin Speysi növbəti qalmaqalın baş qəhrəmanına çevrilib.

Amerikalı masajçı aktyoru seksual xarakterli zorakılıq, gender zorakılığı və mənəvi zərbə vurmaqda ittiham edib.

Adının çəkilməyini istəməyən masajçı iddia edir ki, Speysi 2016-cı ildə ona təcavüz edib. Masajçı kişi bildirib ki, 2016-cı ilin oktyabr ayında Speysinin Malibudakı evinə dəvət edilib. Masaj otağına girdikdən sonra Speysi qapını bağlayıb. Sonra isə Kevin xayasında ağrı və diskomfort olduğundan şikayət edib və masajçısını cinsiyyət orqanına toxunmağa məcbur edib. Sonra isə onu öpməyə başlayıb.
Qeyd edək ki, “Star Trek” serialının ulduzu Entoni Repp də bildirib ki, 14 yaşı olanda Speysi onu yoldan çıxarmağa cəhd edib. Bundan başqa onlarla insan Speysini zorakılıqda ittiham edir.