Mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova xərçəngdən əziyyət çəkir. Mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova xərçəngdən əziyyət çəkir.

Hüseyn Dəryanın keçmiş həyat yoldaşı xərçəng xəstəsidir

Mərhum reper Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona İbadova xərçəngdən əziyyət çəkir.

Ötən gün “Öz aramızda” verilişinə qonaq olan Sona əməliyyatdan qayıtdığını bildirib:

“Əvvəl bir süd vəzimdə şiş var idi. Əməliyyat olundum. Bir həftə əvvəl müayinəyə getmişdim, ikinci süd vəzimdə də şiş tapıldı. Əvvəl iki idi, indi şişlərin sayı üç olub. Bu, məndə stresdən yaranıb. Hüseynlə boşanan ərəfədə mən depressiyaya düşdüm, evdən çıxmadım. İnsan əsəbləşir, ayrılır, amma sonra peşman olur. Mən də Hüseyndən boşandığım üçün heyfsilənirəm. Bir təsəllim var ki, biz yalnız sənəd üzərində ayrıldıq. Mən hər zaman onun yanında oldum. Hüseyn dünyasını dəyişib, onun işləri qalıb. İndi o işləri də mən təqdim edəcəm”.
S.İbadova Hüseyn Dəryanın sənət dostlarından da bəhs edib:
“Bizi ancaq rejissor Kənan (Kənan M.M – red.) yada salır. Hər iki həftədənbir gəlir, Cahangiri (oğlu – red.) götürüb, öz uşaqları ilə birlikdə gəzməyə aparır. Bir də hərdən prodüser Sayqa Cahid bizə baş çəkir. Özüm isə işləmirəm”.

AzNews.az