İngilis aparıcı və aktyor Ceffri Heys 77 yaşında dünyasını dəyişib. İngilis aparıcı və aktyor Ceffri Heys 77 yaşında dünyasını dəyişib.

Uşaqların sevimli aktyoru dünyasını dəyişdi

İngilis aparıcı və aktyor Ceffri Heys 77 yaşında dünyasını dəyişib.

Əfsanəvi “Rainbow” (“Göy qurşağı”) uşaq şousunun aparıcısı xəstəxanada ailə üzvlərinin əhatəsində vəfat edib.

Qeyd edək ki, “Rainbow” təkcə Britaniyada deyil, bütün dünyada uşaqların sevimli verilişi olub.

Ceffri proqramı 1973-cü ildən 1992-ci ilədək aparıb. O, bu verilişdən sonra televiziya sahəsində iş tapa bilməyərək supermarketdə satıcı, daha sonra isə taksi sürücüsü kimi çalışıb.(qafqazinfo.az)

AzNews.az