‘Keyxanım’ da evlənir

"Keyxanım" obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib

Belə ki, aktrisa ailə həyatı qurmağa hazırlaşır.Aktrisanın bildirdiyinə görə, gələcək həyat yoldaşı iş adamıdır:

"Hələlik bu barədə geniş danışmaq istəmirəm. Bircə onu deyə bilərəm ki, dördildir məni tanıyır və son altı aydır bir yerdəyik. Toyun vaxtını dəqiqləşdirməmişik".

Aktrisa bildirib ki, ailə həyatı qurandan sonra da sənətini davam etdirəcək.

AzNews.az