Xalq artisti təntənəli ad günü keçirəcək

Respublikanın Xalq artisti Zülfiyyə Xanbabayeva sabah 46 yaşını qeyd edəcək.

AzNews.az-a daxil olan məlumata görə, müğənni Bakı restoranlarının birində həmkarlarını başına toplayıb mərasim keçirəcək.

Qeyd edək ki, Xalq artisti 1967-ci ildə Bakı şəhərində anadan olub. Ailədə üç uşaq olan Z.Xanbabayeva uşaqlıqdan incəsənətə maraq göstərib. Zülfiyyə yaradıcılığa babası, nənəsi və qohumlarını bir yerə yığaraq onlara konsert verməklə başlayıb.

İncəsənət İnstitutunun teatr rejissorluğu fakültəsinə daxil olsa da, müğənniliyə olan marağı onu sənətin başqa sahəsinə gətirib. Zülfiyyə Xanbabayeva 1989-ci ildə "Bakı Payızı-88" müsabiqəsin iştirakçısı olaraq daha sonra tanınıb.

Aygün
AzNews.az