Röya Ayxan: “Açıq-saçıq geyim mənim üçün tikilir”- VİDEO

AzNews.az xəbər verir ki, müğənni Roya "Onlar" verilişində həmkarlarını yıxıb sürüyüb. Onun fikrincə, incəsənətin yaşı yoxdur:

"Sənətdə sözünü demiş insanlar var ki, mənimlə rəqabət aparır. Heç kimə ixtiyar vermirəm ki, sosial şəbəkədə şəklimin altından "Anasan, bu nə geyimdir geymisən?" yazsın. Sənə nə var? Səni mənim mahnım maraqlandırsın, mən incəsənət adamıyam, açıq-saçıq geyim mənim üçün tikilir. Məni görəndə kənardan qaçan əməkdar artistlər var guya salam vermirlər ki, mənlə küsülüdürlər. Ajda Pekkan gələndə birinin "duxu" çatdı ki, deməyə ay qız 76 yaşın var, bodidə gəzirsən. Əməkdar artistlər az qalırdılar başlarını sinəsinə qoyub yatsınlar. Mənə heç kim deyə bilməz ki, mən gəlirəm, sən gedirsən. 70 yaşımda da ürəyim istədiyi kimi geyinəcəm".



AzNews.az