Rəqsanə: “Ulduzam, prezident mahnımı oxudu“

Müğənni Rəqsanə İsmayılova iddialı danışıb.


Axşam.az-ın məlumatına görə, sənətçi "Onlar" verilişinə açıqlamasında dünya ulduzları qədər məşhur olduğunu iddia edib:

"Məndən dünya ulduzu etmək lazım deyil. Mən artıq tanınmış ulduzam. Türkmənistan prezidenti mahnımı ifa edib. Bir müğənni kimi bundan böyük uğur ola bilməz. Buna görə də martda Türkmənistana yola düşəcəyəm".

Xatırladaq ki, Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədov Rəqsanənin "İnanımmı" mahnısını ifa edib.

AzNews.az