Səməd Səmədov: “Konsert verməyə cəsarətim çatmır”

"Mən xalq artisti olsam da tamaşaçıların qarşısında hesabat xarakterli konsertlə çıxış etməyə cəsarət edə bilmərəm. Çünki mənim artıq o yaşım deyil. Solo konsert proqramını heç cavanlıqda da verməmişəm. Belə proqram mənlik deyil". Bunu AzNews.az-a xalq artisti Səməd Səmədov bildirib.

Sənətçi "Səməd Səmədov duet yoldaşı Sevda Əliqızını başqası ilə əvəz edib" dedi-qodusuna da münasibət bildirdi: "Mənim əzizim, sənət yoldaşım Sevda xanım qəfildən xəstələndi. Amma mən onu diqqətdə saxlayıram. Hər toydan aldığım puldan onun payı verilir, veriləcək də. Amma buna baxmayaraq, yanıma bir qız götürmüşəm. İndi dueti onunla oxuyuram. Bu o demək deyil ki, Sevdanı onunla əvəzləyəcəyəm. Əsla. Sevdanın vəziyyəti qaydasına düşən kimi yeni qızı yola salacam".

Bahar
AzNews.az