Müğənni Xumar Qədimova uzun müddət fasilədən sonra yenidən gündəmdədir Müğənni Xumar Qədimova uzun müddət fasilədən sonra yenidən gündəmdədir

Xumar Qədimovadan xəbər var

Müğənni Xumar Qədimova uzun müddət fasilədən sonra yenidən gündəmdədir



AzNews.az-məlumatına görə, müğənni bu dəfə "Şükür ki, ölməmişəm" adlı kompozisiyasını təqdim edib. Yeni mahnısı haqqında açıqlama verən Xumar Qədimova bildirib ki, sözügedən mahnıya tezliklə klip çəkdirəcək:

"Xatırlayırsınızsa, "Sevgi harayı" mahnımın təqdimatı zamanı demişdim ki, Sona Vəliyevanın sərbəst vəznində yazdığı daha iki şerinə mahnı bəstələyəcəyəm. Həmin mahnılardan biri indi təqdim etdiyimiz "Şükür ki, ölməmişəm" mahnısıdır. İkinci mahnı isə hazırda aranjemanda olan "Əllərim" mahnısı olacaq".

X.Qədimova onu da qeyd edib ki, sərbəst vəznində yazılan şeiri mahnıya çevirmək olduqca çətindir.

Qeyd edək ki, sözügedən mahnının sözləri Sona Vəliyevaya, musiqisi Xumar Qədimovaya, aranjemanı Yaşar Baxış və Mahir İbrahimova aiddir.

Fuad Mədətov
AzNews.az