Azərbaycanlı müğənni “Hollywood”da, yoxsa… – FOTOSESSİYA

Bu gün müğənni Ayan Babakişiyeva yeni klipini jurnalistlərə təqdim edib. AzNews.az-ın məlumatına görə, müğənni sözləri Rəşad Məcidə, musiqisi Xanım İsmayılqızına məxsus olan "Məni anla" mahnısına çəkdirdiyi klipin üzərində 30 nəfərdən artıq heyət çalışdığını və nəticəsdə keyfiyyətli vizual məhsul alındığını söyləyib.

O, qrafika üslubunda çəkilən klipə xərclədiyi maliyyə vəsaiti gizli saxlayıb:
"Maddi baxımdan klipə kifayət qədər pul xərcləmişəm. Amma nə qədər?... bax, bunu açıqlamaq fikrim yoxdur. Əsas odur ki, ürəyim istəyən klipdir və tamaşaçıların da bəyənəcəyinə əminəm".

Rejissorlar Ceyhun İbrahimoğlu və Vüqar İslamzadənin çəkdiyi klipdə baş rolu müğənninin özü canlandırıb və klipin açıq hava çəkilişləri Qəbələ rayonundakı meşədə gerçəkləşib.

Elmi-fantastik janrda çəklilən klipdə Ayan maraqlı obrazlarıyla diqqət çəkib. O, məşhur aktrisa Ancelina Colinin baş rolda oynadığı "Tomb Rayder" və "Matriks" obrazlarını yaratmağa çalışıb.

Klipdəki döyüş səhnələrini müğənniyə idmançılar Arif Məmmədov və Orxan Heydərli təlim keçərək öyrədiblər. Tədbirin gedişatında mahnının müəllifləri olan Rəşad Məcid  və Xanım İsmayılqızı da kliplə bağlı çıxış ediblər.

Tədbir zamanı klip çəkilişlərinin pərdəarxası məqamlarını özündə əks etdirən "making of" da nümayiş etdirilib. Qeyd edək ki, klipin art direktoru Azər İbrahimoğlu, səs rejissoru Vüsal Həsənov, stilisti Səbinə İmanovadır.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description